BAKI, 24 aprel. TELEQRAF
Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ABŞ Prezidenti Donald Trampla telefon danışığında ABŞ və İran arasında atəşkəsin gücləndirilməsi səylərini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Qətər əmirinin ofisi məlumat verib.
Rərəflər regional vəziyyəti, xüsusən də ABŞ ilə İran arasında atəşkəs sazişi və onun gücləndirilməsinə yönəlmiş beynəlxalq səyləri müzakirə ediblər.
Liderlər regiondakı vəziyyətin dəniz təhlükəsizliyinə və qlobal təchizat zəncirlərinə təsiri ətrafında fikir mübadiləsi aparıblar.