BAKI, 24 aprel. TELEQRAF

İranla münaqişənin davam etməsi bütün dünya ictimaiyyəti, iqtisadi vəziyyət və qlobal təhlükəsizlik üçün çox pis nəticələrə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya QHT-lərinin nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı təcavüzü nəinki Yaxın Şərqdə, dünyada qeyri-sabitlik yaradır: "Münaqişənin davam etməsi bütün qlobal birlik, bəşəriyyətin əksər hissəsinin iqtisadi vəziyyəti və qlobal təhlükəsizlik üçün ən mənfi nəticələrə səbəb olacaq".