"Mançester Yunayted"in cinah yarımmüdafiəçisi Ceydon Sanço karyerasını Almaniyada davam etdirə bilər.

Teleqraf "Sky Sports"a istinadla xəbər verir ki, yarımmüdafiəçi daha əvvəl oynadığı "Borussiya Dortmund"a qayıtmaq istəyir.

Sançonun "Qırmızı şeytanlar"la hazırkı müqaviləsi bu yay başa çatacaq. Buna görə də, Sanço azad agent kimi Dortmunda qayıda bilər.

Xatırladaq ki, ingilis futbolçu 2017-2021 və 2024-cü illərdə "Borussiya"nın şərəfini qoruyub.