BAKI, 25 aprel. TELEQRAF

İsrailin Livanın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində son sutkada azı 6 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücumlar aprelin 17-dən qüvvədə olan atəşkəsə baxmayaraq davam edib.

Məlumata görə, Vadi əl-Hocəyr və Tulin ərazilərinə endirilən hava zərbələri nəticəsində 4 nəfər ölüb. Sarifa və Yater yaşayış məntəqələrinə hücumlar zamanı isə daha 2 nəfər həlak olub.

Nazirlikdən bildirilib ki, hadisələr nəticəsində daha 2 nəfər yaralanıb.

Qeyd edilib ki, martın 2-dən başlayan hərbi gərginlik dövründə Livan üzrə ümumi itki sayı 2 491 nəfərə çatıb, yaralıların sayı isə 7 719 nəfər təşkil edir.