BAKI, 24 aprel. TELEQRAF

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Manuel Noyerlə razılıq əldə edib.

Teleqraf xəbər verir ki, almaniyalı qapıçı daha bir il Almaniya çempionunun şərəfini qoruyacaq.

Noyerlə yeni meqavilənin şərtləri razılaşdırılıb. Yaxın günlərdə 40 yaşlı qolkiperlə 1 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin yayından "Bavariya"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 34 oyunda 33 qol buraxıb.