BAKI, 30 iyul. TELEQRAF
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk 5 cavab görüşü keçirilib.
Teleqraf xəbər verir ki, Qazaxıstan "Kayrat"ından əlavə, Ukraynanın "Dinamo Kiyev", Danimarkanın "Kopenhagen", Serbiyanın "Srvena Zvezda" və Slovakiyanın "Slovan Bratislava" komandaları da qitənin ən nüfuzlu klub turnirində III mərhələyə yüksəlib.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab görüşləri
29 iyul
19:00. "Kayrat" (Qazaxıstan) - "KuPS Kuopio" (Finlandiya) - 3:0
İlk oyun: 0:2
22:00. "Drita" (Kosovo) - "Kopenhagen" (Danimarka) - 0:1
İlk oyun: 0:2
22:00. "Dinamo Kiyev" (Ukrayna) - "Hamrun" (Malta) - 3:0
İlk oyun: 3:0
23:00. "Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq) - 5:1
İlk oyun: 1:0
23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan Bratislava" (Slovakiya) - 2:2
İlk oyun: 0:4
Çempionlar Liqasının III təsnifat mərhələsində görüşəcəklər:
"Kayrat" (Qazaxıstan) - "Slovan Bratislava" (Slovakiya)
RFS (Latviya) / "Malmo" (İsveç) cütünün qalibi - "Kopenhagen" (Danimarka)
"Lex Poznan" (Polşa) /"Breydablik" (İslandiya) cütünün qalibi - "Srvena Zvezda" (Serbiya)
"Dinamo Kiyev" (Ukrayna) - "Pafos" (Kipr) / "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi
Qalan 10 vəsiqənin taleyinə iyulun 30-da keçiriləcək cavab görüşlərindən sonra aydınlıq gələcək.
***
29.07.2025. 21:18
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ilk komanda Qazaxıstan "Kayrat"ı olub.
Teleqraf xəbər verir ki, Almatı təmsilçisi II raundda Finlandiyanın Kuopio şəhərinin KuPS komandasını üstələyib.
İlk matçda 0:2 hesabı ilə uduzmuş "Kayrat" cavab görüşündə rəqibini darmadağın edib - 3:0. Bütün qollar ilk yarıda vurulub. Dastan Satpayev 9-cu dəqiqədə hesabı açıb. 29-cu dəqiqədə Jorjinyo ikinci, 44-cü dəqiqədə Valeri Qromıko üçüncü qolu vurub. 45+1-ci dəqiqədə isə Georgi Zariya qırmızı vərəqə alaraq, Qazaxıstan komandasını azlıqda qoyub. Lakin KuPS say üstünlüyündən yararlana bilməyib.
"Kayrat" Çempionlar Liqasının III təsnifat mərhələsində "Slovan Bratislava" (Slovakiya) - "Zrinski Mostar" (Bosniya və Herseqovina) görüşünün qalibi ilə üz-üzə gələcək.