BAKI, 25 iyul. TELEQRAF

Növbəti mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən "Sumqayıt"ın yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" iyulun 27-də və avqustun 7-də "Qəbələ", iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qarşılaşacaqlar.

Oyunların başlama saatı hələlik məlum deyil.