BAKI, 25 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp jurnalist Kendis Ouensi sərt tənqid edərək onu “ilin ən iyrənc adamı” adlandırıb.

Teleqraf xəbər verir ki, Tramp bu açıqlamanı sosial şəbəkədə paylaşımında verib. O, Ouensin Fransanın birinci xanımı Bricit Makron barədə səsləndirdiyi iddiaları qınayıb.

ABŞ prezidenti qeyd edib ki, jurnalistin Fransanın birinci xanımına yönəlmiş fikirləri “nifrətə layiqdir” və onun intellekt səviyyəsinin çox aşağı olduğunu iddia edib.

Məlumata görə, Tramp paylaşımında Ouensin şəkli ilə hazırlanmış və Time jurnalının üz qabığını xatırladan görüntü də yayıb. Həmin təsvir üzərində jurnalistə qarşı müxtəlif tənqidi ifadələr yer alıb.

Qeyd edək ki, Kendis Ouens son aylarda yaydığı videolarda Bricit Makron haqqında mübahisəli iddialar səsləndirib və bu mövzu ilə bağlı materialları geniş auditoriyaya təqdim edib.