BAKI, 24 iyul. TELEQRAF

UEFA Avropa Liqasının (AL) II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Teleqraf xəbər verir ki, “Sabah”ın Konfrans Liqasının (KL) III təsnifat mərhələsində potensial rəqiblərinin - "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) oyununda qol vurulmayıb – 0:0.

Qeyd edək ki, “Sabah” KL-in II təsnifat mərhələsinin ilk oyununda səfərdə Moldova "Petrokub"unu 2:0 hesabı ilə məğlub edib. Bakı klubu mərhələni keçsə, "Levski" - "Braqa" cütünün məğlubu ilə üz-üzə gələcək.