BAKI. 22 iyul. TELEQRAF

“Zirə” klubunun UEFA Konfrans Liqası üçün iştirak ərizəsində dəyişiklik edilib.

Teleqraf "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Vinsent Tilli Yeqor Boqomolski əvəzləyib.

Bundan başqa komanda B siyahısını da əlavə edib. Orada Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.