Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Turun açılış oyunu “İmişli” və “Sumqayıt” arasında keçiriləcək. Elçin Məsiyevin idarə edəcəyi görüş saat 16:00-da Quba OİK stadionunda start götürəcək.
Günün digər matçında “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 18:30-da səsləndiriləcək. Matçın ədalət təmsilçisi Kamal Umudlu olacaq.
Azərbaycan Premyer Liqası
XXIX tur
24 aprel
16:00. “İmişli” - “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu
18:30. “Qəbələ” - “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu