BAKI, 25 aprel. TELEQRAF
İtaliyanın Baş naziri Ciorcia Meloni Rusiyanın Prezidenti Vladimir Putin-in ABŞ-da keçiriləcək G20 sammitinə dəvət olunması təşəbbüsünü tənqid edib.
Teleqraf xəbər verir ki, Meloni bu mərhələdə Putinin qarşı tərəfə addım atmasının daha məqsədəuyğun olduğunu bildirib.
“Hazırda biz onun (Putinin) qarşılıqlı addım atmasını istəməliyik, əksinə yox”, - deyə o qeyd edib.
Meloni həmçinin bildirib ki, ötən həftədən bəri ABŞ Prezidenti Donald Tramp ilə əlaqə saxlamayıb. Bununla belə, o, Vaşinqtonla münasibətlərin güclü olaraq qaldığını vurğulayıb.