BAKI, 25 aprel. TELEQRAF
İran Xəzər sammitinin Rusiya Prezidenti ilə İranın ali dini lideri arasında mümkün görüş üçün ləğv edilməsi barədə məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali açıqlayıb.
Onun sözlərinə görə, təşkilatçılar hazırda tədbirin təxirə salınması məsələsini müzakirə etmirlər və sammitin planlaşdırıldığı kimi keçirilməsi nəzərdə tutulur.
Diplomat bildirib ki, uyğun şərait yaranacağı təqdirdə konfrans bu il Tehranda baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl Xəzər sammiti Rusiya Prezidenti Vladimir Putin ilə İranın ali dini lideri Müctəba Xamenei arasında ilk mümkün görüş üçün platforma kimi qiymətləndirilirdi.