BAKI. 22 iyul. TELEQRAF

“Xoş qarşılanma üçün təşəkkür edirəm. Matça hazırıq və uğurlu nəticə əldə etməyi düşünürük".

Teleqraf xəbər verir ki, bunu Xorvatiya "Hayduk"unun baş məşqçisi Filip Krovinoviç Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, məqsəd növbəti mərhələyə vəsiqə qazanmaqdır: "Görüşə yaxşı hazırlaşmışıq. Öz oyunumuza köklənmişik".

Krovinoviç hazırda komandasının formasını geyinən, əvvəllər isə "Neftçi"də çıxış etmiş Dario Melnyakla söhbət etdiyini bildirib: "Bəli, onunla həm Azərbaycan barədə, həm də "Zirə" ilə bağlı danışmışam və kifayət qədər məlumat əldə etmişik. Özüm ilk dəfədir bu ölkədəyəm. Melnyak buradakı insanlar və istedadlı oyunçular haqqında yetərincə danışdı".

Qeyd edək ki, iyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək "Zirə" - "Hayduk" oyunu saat 19:30-da başlanacaq.