BAKI, 21 iyul. TELEQRAF

Növbəti mövsüm hazırlıqlarını davam etdirən Azərbaycan Premyer Liqası təmsilçiləri “Şamaxı” və “Karvan” yoxlama oyunu keçiriblər.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “şirlər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Abdullahi Şuaybunu və Bilal İsmayılov vurub.

Qeyd edək ki, hazırlıqlara iyulun 5-dən başlayan Ayxan Abbasovun yetirmələri 26-na qədər Qəbələdə 5 yoxlama oyunu planlaşdırıb. Toplanışa iyunun 26-da start verən Azər Həşimovun kollektivi isə iyulun 30-da Ağsu şəhər stadionunda “İmişli” ilə qarşılaşacaq.