BAKI, 21 iyul. TELEQRAF

Növbəti mövsüm hazırlıqlarını davam etdirən Azərbaycan Premyer Liqası təmsilçiləri “Kəpəz” və “Qəbələ” yoxlama oyunu keçiriblər.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Paulo Quimbila və Domi Massoumou vurub.

Qeyd edək ki, hər iki klub növbəti mövsümün hazırlıqlarına iyunun 30-da start verib. Kaxaber Sxadadzenin yetirmələri toplanış müddətində 2, Adil Şükürovun kollektivi isə 5 yoxlama matçı keçirəcək.