BAKI, 14 aprel. TELEQRAF

"Araz-Naxçıvan" futbolçusu İqor Ribeiro ilə müqavilənin müddətini uzadıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

28 yaşlı futbolçu 2025/2026-ci il mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.

Qeyd edək ki, əsas heyətin daimi üzvü olan Ribeiro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.