BAKI, 15 aprel. TELEQRAF

Bakı Təşəbbüs Qrupu (BTQ) bu gündən öz saytında “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiya yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda məlumat verib.

O, bütün iştirakçıları petisiyanı imzalamağa və ədalətin bərpasını təmin etməkdə dəstək göstərməyə çağırıb.