
GƏNCƏ, 15 aprel. TELEQRAF
Gəncədə 26 yaşlı qadın dəm qazından zəhərlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nizami rayonu ərazisində baş verib.
1999-cu il təvəllüdlü Arzu Həmzəyeva yaşadığı evdə dəm qazından zəhərlənib.
Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılan qadına ilkin tibbi yardım göstərilib.
Vəziyyəti kafidir.