BAKI, 15 aprel. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 15 ölkənin yeni pandemiyaya hazırlığını yoxlamaq üçün təlim keçirib.

Teleqraf xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Bildirilib ki, ikigünlük təcrübə bütün dünyaya yayılan uydurma virusun yayılmasını simulyasiya edib.

Uydurma virusa "mamont pox" adı verilib, çünki məşq ssenarisinə görə, onun yayılması alimlərin Arktikada yunlu mamont qalıqlarını aşkar etdikdən sonra baş verib.

Qeyd edilib ki, virus öz dizaynına görə, 2023-2024-cü illərdə bir sıra Afrika ölkələrində yayılma halları qeydə alınan mövcud “meymun çiçəyi”nə bənzəyir.

Təlimdə xəstəxanaların həftələrlə sıxıldığı və müxtəlif ölkələrdəki səhiyyə sistemlərinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi ssenarilər də daxil olub. Bəzi ölkələr ciddi karantinlər tətbiq edib, digərləri isə "minimal məhdudiyyətlərlə açıq sərhədlər" strategiyasını seçib.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiyanın qaçılmaz olduğunu bildirib.