
BAKI, 15 aprel. TELEQRAF
ABŞ-də bir idmançı isinmə hərəkəti zamanı ayağının üzərinə yıxılaraq iflic olub.
Teleqraf xəbər verir ki, 18 yaşlı Dilan Ueskot üç təkanla tullanma yarışına hazırlaşarkən ayağı büdrəyib və başını kərpic divara çırpıb. Tibbi müayinə zamanı onun boyun fəqərəsinin sınığı müəyyən edilib və nəticədə döş qəfəsindən aşağı iflic olub. Təcili əməliyyat olan Dilana zədələnmiş fəqərəni və stabilləşdirici qəfəsi əvəz etmək üçün titan lövhə qoyulub.
Onu uzun reabilitasiya və bir sıra əlavə cərrahi müdaxilələr gözləyir.