BAKI, 15 aprel. TELEQRAF

"Hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gələn SMS-lərin yönəldici mesajlarının tələblərinə, istəklərinə, vədlərinə əməl etmədən rədd etməli, bloklamalıdır".

Teleqraf xəbər verir ki, Daxili İşlər Nazirliyi sosial şəbəkə hesablarında vətəndaşları elektron fırıldaqçılıqla bağlı ayıq-sayıq olmağa çağırıb.

Məlumatda deyilir: "“Bank hesabınız təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Zəhmət olmasa proseduru yenidən başladın. http://….bank”; “Bank hesabınızın təhlükəsizliyini gücləndirmək, kart istifadəsini müvəqqəti dayandırmaq və ya davam etdirmək üçün http://…..bank”; “Bank kartınızın təhlükəsizliyi üçün kilidləyin. http://…..bank”; “Üçüncü tərəfdən bank hesabınıza icazəsiz giriş aşkar etdik. Zəhmət olmasa yoxlayın. http://….bank”; “Biz müştərilərimizlə elektron poçt, birbaşa poçt və s. vasitəsilə onların qeydiyyatdan keçdiyi müxtəlif məlumatların aktual olub-olmadığını yoxlayacağıq. İstifadə üçün burada yoxlayın. http://…..bank” və s. SMS-lərdə göstərilən internet URL-ə daxil olmayın. Daxil olduğunuz anda mobil telefonda olan məxfi məlumatlar, hesablar, telefon yaddaşı ələ keçiriləcəkdir. Diqqətli olun, hansısa bankın adında təkrar və qarışıq aldadıcı hərf-simvol qoyulmaqla sizi çaşdıra, yanılda bilərlər".