
BAKI, 15 aprel. TELEQRAF
“Türkiyədə şaxtalar üzüm məhsulunun 80 faizə qədərini, ərik, alma və gilasın isə təxminən 50 faizini məhv edib”.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Konya Universitetinin professoru, beynəlxalq kənd təsərrüfatı iqtisadiyyatı üzrə aparıcı ekspertlərdən biri Haluk Gedikoğlu deyib.
Türkiyəli alim bildirib: “Türkiyə meyvə-tərəvəz istehsalında bu il ciddi itki yaşayacaq. Rusiyaya ixracda da azalma gözlənilir. Şaxtaya məruz qalan məhsullar haqqında məlumatlar fermerlərin özlərindən alınıb. Bu rəqəmlər ölkə miqyasında orta vəziyyəti əks etdirir”.
Qeyd edək ki, Konya Türkiyənin əsas kənd təsərrüfatı bölgələrindən biridir.