BAKI, 14 aprel. TELEQRAF

Almaniyanın "Bavariya" klubunun futbolçusu Yonas Urbiq antirekord müəyyənləşdirib.

Teleqraf "Goal" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı qapıçı buna Münhen təmsilçisinin heyətində meydana çıxdığı ilk beş oyunun hamısında qol buraxaraq imza atıb.

Almaniyalı "əlcək sahibi" "Bavariya" ilə Bundesliqada ardıcıl 5 matçın hər birində (“Bohum” – 2:3, “Yunion” – 1:1, “Sankt-Paulu” – 3:2, “Auqsburq” – 3:1 və “Borussiya Dortmund” – 2:2) qapısında qol görüb.

Qeyd edək ki, Yonas Urbiq, əzələ zədəsi ilə sıradan çıxmış Manuel Noyeri əvəzləyib.