
BAKI, 15 aprel. TELEQRAF
İpoteka Kredit və Zəmanət Fondu hesabına verilmiş ipoteka kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resursları hesabına verilən kreditlərdə faiz dərəcələri artıb.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, daxili resurslar hesabına verilmiş ipoteka kreditlərinin ümumi ipoteka portfelində çəkisinin artması ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artmasına səbəb olub.
2024-cü ilin sonuna İpoteka Kredit və Zəmanət Fondunun hesabına verilən ipoteka kreditlərinin faizləri 6,4%, bankların daxili vəsaitləri hesabına verdikləri kreditlərin faiz dərəcəsi isə 10, 5% olub.