
GORANBOY, 15 aprel. TELEQRAF
Aprelin 13-də Goranboyda baş verən yol qəzasında həlak olmuş şəxsin meyiti dörd gündür ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsində saxlanılır.
Teleqraf-ın yerli bürosu sözügedən yol qəzasında orta yaşlı piyadanın həlak olması barədə məlumat vermişdi.
Xatıladaq ki, hadisə zamanı mərhumun üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd olmayıb.
Hadisə Goran-Mingəçevir avtomobil yolunda qeydə alınıb. "Ford" markalı yük maşını orta yaşlı kişini vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam edir.