
BAKI, 15 aprel. TELEQRAF
“Biz nəinki bu danışıqlara, heç bir ölkə ilə xüsusi əlaqələrə də maraqlı deyilik. Əlbəttə, biz qonşular, Afrikanın prioritet ölkələri və uğurlu Asiya dövlətləri kimi ölkələrlə qarşılıqlı əlaqədə olmağa çalışırıq”.
Teleqraf xəbər verir ki, İranın birinci vitse- prezidenti Məhəmməd Rza Aref İslam Respublikası ilə ABŞ arasında aparılan danışıqlara münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, hökumətin mövqeyi İranın Rəhbəri Əli Xameneyinin mövqeyi ilə eynidir.
Xameneyi aprelin 15-də bidirib ki, Tehran Vaşinqtonla danışıqlar mövzusunda "çox bədbin” olsa da, öz imkanlarına görə “nikbin”dir. Ali dini lider hazırda danışıqların davam etdirilməsinin əleyhinə olmasa da, ABŞ dövlətinə inanmadığını da qeyd edib.