BAKI, 15 aprel. TELEQRAF

Braziliyanın “Santos” klubunun baş məşqçisi Pedru Kaşinya istefaya göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytında məlumat yayılıb.

Kaşinya ilə birlikdə onun köməkçiləri ilə də yollar ayrılıb. “Santos”a müvəqqəti olaraq Sesar Sampayo rəhbərlik edəcək.

Qeyd edək ki, ulduz futbolçu Neymarın çıxış etdiyi komanda Braziliya çempionatının ilk üç turunda cəmi 1 xal toplayıb.