
BAKI, 15 aprel. TELEQRAF
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim məşhur Bricoter Kollecinin tələbələri və professor heyəti ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfir öz sosial şəbəkə hesabında yazıb.
Göprüşdə qlobal marketinq və biznesdə müasir problemlər mövzusunda müzakirə aparılıb.
X.İbrahim görüş iştirakçılarına Azərbaycanın qlobal biznes və iqtisadi inkişaf perspektivləri barədə rəylərini bölüşüb.
Sonda görüş işçtirakçılarının sualları ətrafında fikir mübadiləsi aparılıb.