
BAKI, 15 aprel. TELEQRAF
2024-cü ildə korporativ kağızların ticarət dövriyyəsi artıb. Dövlət qiymətli kağızlarının ticarət dövriyyəsi isə azalıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.
Qeyd edilib ki, ötən ilin sonu ilə müqayisədə korporativ qiymətli kağızların ilkin bazar dövriyyəsinin həcmi 65% (0.9 mlrd. manat) artaraq 2.2 mlrd. manata, təkrar bazar dövriyyəsinin həcmi isə 57% (0.5 mlrd. manat) artaraq 1.5 mlrd. manata çatıb.
Dövlət qiymətli kağızları üzrə dövriyyə isə 2023-cü il ilə müqayisədə azalıb. Dövlət qiymətli kağızlarının ilkin bazar dövriyyəsi 6% (0.4 mlrd. manat), təkrar bazar dövriyyəsi isə 7% (0.1 mlrd. manat) azalaraq müvafiq olaraq 6.5 və 1.4 mlrd. manat təşkil edib.