
BAKI, 15 aprel. TELEQRAF
Qazaxıstanda legioner idmançıların dövlət tərəfindən maliyyələşdirilməsi qadağan olunub.
Teleqraf xəbər verir ki, bu barədə ölkə prezidenti Qasım-Comərd Tokayevin "Bədən tərbiyəsi və idman qanunvericiliyinin tənzimlənməsi haqqında" sərəncamında bildirilir.
Qərara əsasən, Qazaxıstanda beynəlxalq arenada əldə olunan nəticələr əsasında prioritet idman növləri təsdiqlənəcək. Bunlar Olimpiya, Paralimpiya, Deflimpiya, Asiya və Para-Asiya Oyunlarının proqramına daxil edilmiş idman növləri, eləcə də milli idman növləridir. .
Legionerlərin büdcə vəsaitləri və kvazi-dövlət sektoru qurumlarının vəsaitləri hesabına maliyyələşdirilməsinə qadağa qoyulub.
Qeyd olunur ki, dövlət tərəfindən ayrılan maliyyə vəsaiti yüksək uğur qazanılan idman növləri, o cümlədən, prioritet idman növləri, dövlət bədən tərbiyəsi və idman təşkilatlarının fəaliyyəti, kütləvi idman və idman infrastrukturunun inkişafına yönəldiləcək.