
BAKI, 15 aprel. TELEQRAF
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə universitetin sosila media hesablarında məlumat verilib.
Qeyd olunub ki, vəfat edən tələbə universitetin İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin I kurs tələbəsi Nihad Məmmədlidir.
"Azərbaycan Texniki Universiteti olaraq tələbəmiz Nihad Məmmədlinin vaxtsız vəfatından dərin kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin", - başsağlığında qeyd olunub.