
BAKI, 15 aprel. TELEQRAF
NATO-nun Baş Katibi Mark Rutte Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasının gedişatına dair açıqlama verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Rutte bu qərarını sülh prosesinə müdaxilə etmək istəmədiyini izah edərək deyib: "Prosesin bütün aralıq mərhələlərini şərh etməmək qərarına gəldim, çünki sülh prosesinə müdaxilə etmək istəmirəm".
Rutte NATO-nun bu məsələyə dair bütün tədbirlərini mümkün qədər gizli şəkildə həyata keçirdiyini də əlavə edib:
"Bu yanaşma, diplomatik təşəbbüslərin və danışıqların səmərəliliyini qorumaq və kənar müdaxilələrdən qaçınmaq məqsədi güdür".
Xatırladaq ki, bir müddət əvvəl, Mark Rutte Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların yaxşı getmədiyini bildirib. Eyni zamanda, NATO ABŞ Prezidenti Donald Trampın sülhə nail olmaq üçün göstərdiyi səyləri dəstəklədiyini açıqlayıb.