BAKI. 29 mart. TELEQRAF

"Neftçi" klubu "Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur matçında futbolçu itkiləri ilə üzləşib.

Teleqraf xəbər verir ki, Mustafa Sek 54-cü dəqiqədə ayağında ağrılar hiss edərək, yerə yıxılıb.

Həkimlər 29 yaşlı yarımmüdafiəçinin görüşü davam etdirməsini məqsədəuyğun saymayıblar.

Nəticədə kamerunlu oyunçu meydanı tərk edib və yerini komanda yoldaşı Emil Səfərova verib.

Oyunun sonlarında isə Bassala Sambunun əvəzinə Dembo Darbo daxil olub.

Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.