
ŞƏMKİR, 31 mart. TELEQRAF
Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.
Bu barədə Teleqraf-ın yerli bürosuna mərhumun yaxınları məlumat verib.
Onun bədən nahiyyəsində heç bir yanıq xəsarətləri aşkar edilməyib. Mərhum bioloji ölüm keçirib.
Məlumat üçün qeyd edək ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ilkin olaraq ildırım vurmadan öldüyü ehtimal olunurdu.
***
17.52
Şəmkir sakini ildırım vurması nəticəsində ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini 56 yaşlı F. Bağırov ildırım vurması nəticəsində vəfat edib.
Dünyasını dəyişən Zəyəm qəsəbəsinin bələdiyyə üzvünün atasıdır. Hadisə F.Bağırov heyvan otararkən baş verib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.