BAKI, 31 mart. TELEQRAF

Tanınmış müğənni Dmitri Odnorojenko könüllü olaraq Ukrayna ordusuna yollanıb.

Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Heytspeech” qrupunun vokalisti özü sosial şəbəkə hesabında məlumat verib.

D.Odnorojenko 2022-ci ildə Odessada “Heytspeech” rok qrupunu yaradıb. Onun ən uğurlu mahnısı 4 milyona yaxın pərəstişkarı tərəfindən dinlənilən “I'll beat all gods” trekidir.

Yada salaq ki, daha əvvəl məşhur komediya aktyoru İqor Lastoçkin də Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.