
BAKI, 31 mart. TELEQRAF
Göyçay rayonunda kişi ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.
Teleqraf-ın xəbərinə görə, rayon ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.