
BAKI, 29 mart. TELEQRAF
İngiltərənin "Mançester Siti" klubu Almaniya "Ayntraxt"ının futbolçusu Huqo Larssonun transferi uğrunda mübarizəyə başlayıb.
Teleqraf-ın məlumatına görə, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, İsveç millisinin yarımmüdafiəçisini "Arsenal", "Liverpul" və "Tottenhem" də istəyir. Frankfurt təmsilçisi 20 yaşlı oyunçunun satışından azı 60 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Huqo Larsson "Ayntraxt"da 2023-cü ilin yayından forma geyinir. Cari mövsümdə o, bütün yarışlarda 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt Larssona 40 milyon avro qiymət qoyub.