
BAKI, 28 mart. TELEQRAF
İspaniya La Liqasında XXVII turdan təxirə salınan oyunda “Barselona” öz meydanında “Osasuna”nı böyük hesabla məğlub edib – 3:0.
Teleqraf xəbər verir ki, matçda hesabı 11-ci dəqiqədə Fernan Torres açıb. Cəmi 10 dəqiqə sonra Dani Olmo kataloniyalıların növbəti qolunu vurub. Oyuna sonradan daxil olan Robert Levandovski isə 77-ci dəqiqədə klubunu qələbəyə daşıyan qola imza atıb.
Asan qələbəyə sevinən “Barselona” xal ehtiyatını 63-ə (28 oyun) çatdıraraq, vahid lider olub. Kataloniya klubunun çempionluq yolunda əsas rəqibi olan “Real Madrid” 60 xalla (28 oyun) 2-ci sıradadır. 33 xala (28 oyun) sahib “Osasuna” 14-cü pillədə qərarlaşıb.