
BAKI, 30 mart. TELEQRAF
“Betis”in yarımmüdafiəçisi İsko La Liqada mart ayının ən yaxşı oyunçusu seçilib.
Teleqraf xəbər verir ki, bu barədə İspaniya çempionatının mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, mükafat uğrunda mübarizədə 32 yaşlı ispaniyalı Kilian Mbappe (“Real Madrid”), Pedro Diaz (“Rayo Valyekano”), Umar Sadiq (“Valensiya”) və Markos Alonsonu (“Selta”) qabaqlayıb. Bu, İskonun 2024/25 mövsümündə ilk belə mükafatıdır.