BAKI, 31 mart. TELEQRAF

ABŞ-nin Nyu Meksiko ştatında hakim Respublikaçılar Partiyasının ofisi yandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Hadisə Albukerke şəhərində baş verib.

Partiya ofisinin girişi dağıdılıb, binanın divarına ABŞ immiqrasiya xidmətinin fəaliyyətini pisləyən yazı yazılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İstintaqın gedişində Federal Təhqiqatlar Bürosu da iştirak edir.