BAKI, 29 mart. TELEQRAF

Futbol üzrə İtaliya A seriyasında 30-cu turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, “Yuventus” yerli azarkeşləri önündə “Cenoa” üzərində qələbə qazanıb – 1:0.

Oyunun taleyini Turin klubunun türk futbolçusu Kənan Yıldızın 25-ci dəqiqədə vurduğu yeganə qol həll edib.

Hazırda “Yuventus” 55 xalla 5-ci yerdədir. 35 xala sahib “Cenoa” 12-ci sırada mövqe tutub.