
BAKI, 29 mart. TELEQRAF
Futbol üzrə İran çempionatında 23-cü turun oyunları keçirilir.
Teleqraf xəbər verir ki, Cənubi Azərbaycanın “Traktor” komandası səfərdə “Aluminium Arak”ı məğlub edib – 1:0.
Oyunun taleyini həll edən qolu 41-ci dəqiqədə Mehdi Torabi vurub.
Səfərdə vacib 3 xal qazanan Təbriz klubu liderliyini möhkəmlədib. 51 xala sahib “Traktor” yaxın rəqibi “Persepolis”i 4 xal qabaqlayır. “Sepehan”46 xalla 3-cü yerdədir.