
BAKI, 30 mart. TELEQRAF
“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe "Əl-Nəsr"ın portuqaliyalı forvardı Kriştianu Ronaldu ilə ünsiyyətindən danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Mbappe sosial şəbəkə hesabında yazıb.
Gənc ulduz deyib: “Ronaldu ilə tez-tez ünsiyyət qururuq. O, mənə xeyli məsləhətlər verir. Şadam ki, o, ilk mövsümündə Səudiyyə Ərəbistanında çox qol vurmağa nail oldu. Ən vacib olanı isə “Real Madrid” ilə kuboklar qazanmasıdır”.