BAKI, 27 mart. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubu “Udineze”nin 25 yaşlı mərkəz müdafiəçisi Umar Sole ilə yaxından maraqlanır .

Teleqraf xəbər verir ki, bu barədə “Messaggero Veneto” nəşri xəbər yayıb.

Məlumata görə, İtaliya klubu fransalı futbolçunu satmağa hazırdır. Amma “Udineze” istedadlı futbolçunu 40 milyon avrodan ucuz satmaq istəmir.