BAKI, 23 fevral. TELEQRAF

Voloqdada (Rusiya) bir müsəlmanın müqəddəs Nikolay kilsəsində namaz qılması səs-küyə səbəb olub.

Teleqraf xəbər verir ki, Moskvanın müftisi İldar Alyautdinov kilsə xadiminin etiraz etmədiyi təqdirdə bu cür hərəkətin dini nöqteyi-nəzərdən qadağan olunmadığını bildirib.

Kilsə xadimi Andrey Tkaçev isə Alyautdinovun sözlərinə cavab verib və söyləyib ki, müsəlmanın dua etməsi üçün daxili konsentrasiya kifayətdir, xalçadan istifadə və ritual hərəkətlər etmək isə “ənənəni pozan təxribatdır”.

Tkaçev deyib: “Müsəlman kilsəyə daxil ola və möminlər arasında dayana və səssizcə, ağlında, ürəyində dua edə bilər. Bunu heç vaxt bir insana qadağan etmək olmaz".

“Regnum” xəbər agentliyinin baş redaktoru Marina Əhmədova isə Telegram kanalında həmin şəxsin niyə pravoslav kilsəsinə getdiyinə diqqət çəkib: “Burada sual yaranır: həmin müsəlman hansı məqsədlə namaz qılmaq üçün kilsəyə gedib? (...) Məbədin mömünlərini narahat etməkdənsə o, ümumiyyətlə bu namazı qılmamalı, sonradan onun qəzasını tutmalıydı".