BAKI, 23 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üzrə sazişin bu həftə bağlanacağına əmin olduğunu bildirib.

Teleqraf xəbər verir ki , bunu Ağ Evin mətbuat katibi Kerolayn Levit bildirib.

Levit deyib: "Prezident və onun komandası bu münaqişəni sona çatdırmaq üçün hər iki tərəflə danışıqlara diqqət yetirir. O, çox əmindir ki, biz buna həftə ərzində nail olacağıq".

Onun sözlərinə görə, Tramp administrasiyası saziş üzərində çox çalışmaqda davam edir, milli təhlükəsizlik müşaviri Mayk Uolts bu həftəsonu ölkələrin Ukraynadakı münaqişənin həlli üçün saziş imzalamasını təmin etmək üçün gecə-gündüz çalışır.