BAKI, 23 fevral. TELEQRAF

Türkiyənin Mardin bölgəsində silahlı insident zamanı xəsarət alanlardan 3-ü xəstəxanada ölüb.

Teleqraf.com "Sabah"a istinadən xəbər verir ki, elçilikdə baş verən hadisənin səbəbi bəlli deyil.

***

03:30

Türkiyənin Mardin bölgəsində iki ailə arasında qanlı toqquşma baş verib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə elçilik zamanı olub.

Tərəflər arasında yaranan fikir ayrılığı silahlı insidentlə sona çatıb.

Nəticədə, 2-si ağır olmaqla, 10 nəfər yaralanıb.

Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.