
BAKI, 23 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp deyib ki, o, hələ də sələfi Co Baydendən qalma qarışıqlıq və əvvəlki administrasiyanın yaratdığı problemlərlə məşğuldur.
Teleqraf xəbər verir ki , ABŞ Prezidenti bunu Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.
Tramp deyib: "Bayden ən pis idi. İnanın ki, mən hər şeyi qaydasına salmalı oluram. Bu problemləri, sərhəddəki qarışıqlığı inflyasiya ilə məsələləri yoluna qoymalı oluram. O, toxunduğu hər şey zibil gününə qoyur".
ABŞ prezidenti kütlənin gülüşlərinə isə belə reaksiya verib: "Belədir axı? Tamamilə doğrudur. Bu, həqiqətdir. Bu, həqiqətən də dəhşətli sözdür, bilirsiniz, amma onu təsvir etmək üçün istifadə edə biləcəyim başqa uyğun söz yoxdur”.
Tramp deyib: "Başqa hansı sözdən istifadə edə bilərdim? Belədir və biz səmimi olmalıyıq. Ona görə də düz anlayın".