
BAKI, 23 fevral. TELEQRAF
Perunun şimal-qərbində yerləşən Trujillo şəhərində ticarət mərkəzinin damının uçması nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli RPP radiostansiyası məlumat yayıb.
Məlumata görə, dam yemək meydançasının yerləşdiyi əraziyə düşüb.
Çökməyə yağış sularının damda yığılmasının səbəb olduğu ehtimal edilir.
Hadisənin səbəbləri araşdırılır.